Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
26 Fevral , 2020

26 fevral 2020-ci il tarixində Qəbələ rayon M.Əlibəyov adına Xırxatala kənd orta məktəbində MKS-nin 10 saylı filial kitabxanasının işçiləri və məktəb kollektivi Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım günü təşkil etdilər.Sözlə deyilə bilməyəcək qədər ağrılı-acılı o günün xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra,söz məktəbin direktoru Ə.Hacıyevə verildi.Yaddaşımızda qanlı səhifə kimi əbədi qalan qətliamın bir daha təkrar olmaması üçün məktəblilərə vətəni sevməyi,torpağı qorumağı tövsiyyə edən Ə.Hacıyev ilk vətən sevgisinin düzgün təhsildən başladığını vurğuladı.Sonra məktəblilərin ifasında  Xocalı,vətən haqqında şeirlər səsləndi,anım iştirakçıları "Xocalı qətliamı" məktəblilərin gözü ilə adlı rəsm sərgisi ilə tanış oldular.