Beynəlxalq Ana dili günü münasibətiylə 19.02.2020 – ci il tarixində Qəbələ rayon MKS – nin Oxu zalında dəyirmi masa keçirildi.Dəyirmi masada MKS – nin işçi kollektivi və kitabxanamızın fəal oxucuları iştirak edirdilər. Beynəlxalq Ana dili gününə həsr edilmiş tədbirdə qeyd edildi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Fəal oxucular da öz çıxışlarında bu mövzu haqqında geniş məruzələr səsləndirdilər.Və doğma dilldə səsləndirilən şeirlər ilə tədbirimiz başa çatdı.