Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
18 Fevral , 2020

Qəbələ rayon MKS – nin Oxu zalında 18.02.2020 – ci il tarixində  yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadəyə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə MKs – nin işçi kollektivi və fəal oxucuları iştirak edirdilər. Tədbiri öz çıxışı ilə açıq elan edən MKS – nin direktor müavini Rəna İbrahimova qeyd etdi ki, Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

Tədbir də yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında  geniş məruzələrə yer verildi. MKS – nin işçi kollektivinin bir necə nümayəndəsi  tərəfindən hazırlanan çıxışlarda oxucuları  bu mövzuda maraqlandıran suallara geniş cavablar məruzə edildi. Tədbirin sonunda  yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçirildi.

Foto Qalereya