Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
17 Fevral , 2020

17 fevral 2020-ci ildə Qəbələ rayon M.Əlibəyov adına Xırxatala kənd orta məktəbində MKS-nin 10 saylı filial kitabxanasının işçiləri ölməz qəzəlxan Əliağa Vahidin anadan olmasının 125 illiyi münasibəti ilə xatirə günü təşkil etdilər.Şairin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra kitabxananın müdiri  N.Yusibova tədbir iştirakçılarına Əliağa Vahidin ömür yolu,yaradıcılığı haqqında qısa məlumat verdi.Məktəblilər Füzuli irsinin davamçısı olan qəzəl ustadının keçdiyi ömür yolu haqqında maraqlı məqamları oxudular,"Vətən"haqqında  şeirlərini,qəzəllərini təqdim etdilər..

Foto Qalereya