Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
11 Fevral , 2020

11.02.2020-cı il tarixində  2020-ci il “Kitabi Dədə Qorqud” dastanının 1320 ili tamam olması münasibətilə Qəbələ rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsi “Kitabi Dədə Qorqud” dastanı nümünələrinin əks olunduğu kitabların sərgisini təşkil etdi.

  “Kitabi Dədə Qorqud” dünya miqyasında Azərbaycan oğuzlarının canlı tarixi bədii nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir. Xalqımızın həyatını, məişətini , adət ənənələrini özündə əks etdirən “Kitabi Dədə Qorqud” dastanlarının dünya miqyasında təbliği və əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi Ümummili lider Heydər Əliyevin xidmətləridir. Məhz Sərgidə “Kitabi Dədə Qorqud ensklopediyası I-II cild” , “Kitabi Dədə Qorqud aliliyi” , “ Qorqud Ədəbiyyatı” , “Dədə Qorqud dünyası” , “Dədə Qorqud sözü” , “Kitabi Dədə Qorqud kitabı” ,  Uşaq ədəbiyyatından  “Kitabi Dədə Qorqud boyları” kimi kitablar nümayiş olundu. Sərgi 1 həftə davam etdi və geniş oxucu kütləsinin marağına, marariflənməsinə, “Kitabi Dədə Qorqud” dastanını daha yaxından tanımasına vasitəçi oldu.