Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
27 Dekabr , 2019

27 Dekabr 2019-cu ildə Qəbələ rayon MKS-nin Çuxur Qəbələ kənd kitabxanası, məktəb kollektivi və kitabxana işçiləri tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi” tədbiri qeyid olundu. Tədbirdə Qəbələ rayon Çuxur Qəbələ kənd məktəbinin direktoru Əzizov Müşviq Məhəmmədiyyə oqlu Azərbaycan xalqınıvə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi naminə təbrik etdi.Bu təbriyə kənd kitabxanasının müdiri Kərimova Mələk xanım da səmimi qəlbdən gələn öz ürək sözləri ilə qoşuldu.Tədbirdə yeni ilin gəlişi ilə bağlı təbrik mesajları da söylənildi.Şənlikdə şaxta baba və qar qız uşaqların qonağı oldular. Uşaqlar yolka ətrafında mahnı oxudular və vətənə,yeni ilə aid şer danışıb əyləndilər. Şənlik maraqlı və əyləncəli keçdi.