Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
2 Oktyabr , 2019

02.10.2019-cu il tarixində Qəbələ rayon MKS-nin oxu zalında Xocavən rayonun işğalı günü ilə bağlı dəyirmi masa təşkil edildi.İlk öncə Xocavənd rayonun işğalı zamanı canından kecən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

    Daha sonra  MKS-nin işçi kollektivi Xocavənd rayonu haqqında geniş məlunat verdilər. Onlar bildirdilər ki, Xocavənd rayonu 1992-ci il oktyabır ayının 2-də Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilib.İşğal nəticəsində rayonun Azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilib, 47 sənaye.144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilib.

    Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsasən təsərrüfat sahələri heyvandarlıq, üzümçülük,quşçuluq,taxılçılıq,bostançılıq və tərəvəzçilikdir.Rayonda arpa, buğda,qarğıdalı.soğan,kartof,yem çuğunduru və bostan-tərəvəz bitkiləri yetişdirilir.Rayon ərazisində Bağırxan,Qırmızı Bazar,Mədə Bulağı,Baba bulağı,Ballı Bulaq və s.onlarla istirahət zonaları var.

   Cox təəsuf olsun ki bu gun Qarabağ erməni tapdağı altındadır.Lakin Qarabağ bizim əzəli və əbədi torpağımızdır.Biz bu torpaqlarda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik.biz inanırıq ki,Cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində öz torpaqlarımıza qayıdacayıq.

   Tədbirin sonun da isə Ümumilli lider Heydər Əliyevin dəyərli fikirləri ilə tədbiri yekunlaşdırdılar. Biz heç vaxt yol vermiyəcəyik ki, Azərbaycan torpaqları işğal altında qalsın. Biz buna heç vaxt yol verməyəcəyik!Nəyin bahasına olursa olsun, Azərbaycan işğal altındakı torpaqları azad edəcəkdir!

Foto Qalereya