Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
3 Sentyabr , 2019

03 sentyabr 2019-cu il tarixində Qəbələ rayon MKS – nin təşkilatçılığı ilə   1 saylı baxçanın orta qrup uşaqlarının iştirakı ilə körpələr evində növbəti  “Sehirli dünyamız”  nağıl saatı  keçirildi. Nağıl saatı Azərbaycan xalq nağıllarından təşkil olunmuşdu. 
“Sehirli dünyamız” nağıl saatında “Məlikməmmədin nağıl”ı, “Şəngülüm, Şüngülüm, Məngülüm”,“Tıq-tıq xanım”nağıllarını  kitabxananın işçi kollektivi tərəfindən   böyük həvəslə nağıl qəhrəmanlarının dili ilə uşaqlara çatdırdı. Onlar, Məlikməmmədin qocaqlığından, keçinin balalarını necə xilas etməyindən, Tiq- tiq xanımın özünə sədaqətli dost axtarıb tap¬mağından maraqla danışdılar.Kitabxana işçilərinin  söylədiyi nağıllar uşaqlarda xoş təəsuratlar oyatdı. 
Kitabxana işçiləri  uşaqlara bir daha davamlı kitabxanaya gəlmələrini tövsiyyə edərək və onlara daha da çox maraqlı nağıllar oxuyacaqlarına  söz verdilər.
Nağıl saatında uşaqlar nağıllardan ibarət kitab sərgisi ilə də tanış oldular.

Foto Qalereya