Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
28 Avqust , 2019

Qəbələ rayon Mərkəzi Kitabxananın işçi kollektivinin təşəbbüsü ilə sağlamlıq imkanları məhdud olan şəxslərə xidmət göstərmək məqsədi ilə evlərdə əlillərlə görüş saatları təşkil olundu.

Qəbələ rayon Mərkəzi Kitabxananın tərkibində  bu görüşü təşkil etmək üçün xüsusi bir işçi kurupu yaradıldı.Əlilləri maraqlandıran mövzularda olan kitablar seçildi və həmin kitablar əlillərin evinə aparıldı.Seçilmiş işçi qurupunun  əlillərlə görüşü  zamanı onları maraqlandıran kitabların ucadan oxusu təşkil edilib.Sağlamlıq imkanları məhdud olan şəxslərin  asudə vaxtlarının səmərəli keçməsi üçün onlara uyğun şəraitin yaradılmasına diqqət yetirilib.Əlillərlə səmimi söhbətlər edilib və onların istək və maraqları qeyd edilərək növbəti görüş saatlarının təşkili zamanı bu mövzulara diqqət yetiriləcəyi vurğulanıb.Əlillərlə səmərəli görüş saatlarının geçirilməsi hər zaman üçün Qəbələ rayon Mərkəzi Kitabxananın işçi kollektivinin aktual mövzularından biridir.

Foto Qalereya