Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
20 Avqust , 2019

Qəbələ rayon MKS – nin təşkilatçılığı ilə 2019 – cu ilin  avqust ayının 19 – dan, 24 – nə kimi  “Açıq kitabxana”  başlığı altında yerli əhaliyə və şəhərimizin turistlərinə mədəni xidmətlərin göstərilməsi məqsədiylə səyyar kitabxanalar  təşkil edilmişdir.

Avqus ayının 19 –da Qəbələ rayon Mərkəzi kitabxananın foesində kitab sərgisi təşkil edilmişdir.Kitab sərgisində “Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı”, “Mədəniyyət və turizmə aid ədəbiyyat”, “Qarabağ münaqişəsinə aid ədəbiyyat”, “Yeni kitablarımız” və s. yer alırdı.Sərgimizə yerli yazarlarımız da dəvət edilmişdir.Onlar  sərgimizə baxış keçirdilər və onları maraqlandıran kitabları götürərək kitabxanamıza üzv oldular.Sərgi ilə tanış olduqdan sonra oxu zalına dəvət edilən yerli yazarlarımıza  sərgimizdə yer alan kitablar haqqında maraqlı məlumatlar verildi.Yeni kitablarımız ilə maraqlanan yazarlarımıza  kitablarımız təqdim edildi.Yazarlarımız qeyd etdilər ki, bu cür “Açıq kitabxanaların” təşkili insanlarda kitaba marağın yaranmasına səbəb olur .Təqdimatın hər zaman vacib olduğuna diqqət çəkdilər.Tədbirimiz maraqlı məruzələrlə yadda qaldı.

         Avqus ayının 20 – də Qəbələ rayon Mədəniyyət  mərkəzində də “Səyyar kitabxana” başlığı altında açıq kitabxana təşkil edildi.Kitab sərgimizdə “Klassik Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı”, “Uşaq ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Yeni kitablarımız” və s. yer alırdı.Sərgimizə  yerli əhali və şəhərimizin qonaqları xüsusi diqqət  göstərdilər.Onlar sərgimizdə yer alan kitablarla maraqlandılar.Onları maraqlandıran suallara MKS – nın işçi kollektivi tərəfindən diqqət göstərildi.Kitabxanamıza üzv olmaq istəyən oxucularımıza elə orda köməklik göstərildi.

Avqust ayının 21 – dən başlayaraq, 24 - ə kimi  Qəbələnd  əyləncə mərkəzində müxtəlif mövzularda mütaliə günləri keçirilmişdir. “Heydər Əliyev və Azərbaycan” “Hərbi vətənpərvərlik”  mövzusunda  kitablardan ibarət mütaliə həftəsi təşkil olunmuşdur. Bu tədbirlər Qəbələnd əyləncə mərkəzində istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olmuşdur.

         Qəbələ rayon MKS-nin kənd kitabxana filiallarında da  yay mövsümündə əhalinin sıx toplaşdiqları yerlərdə və uşaq bağçalarında mütaliə günləri təşkil olunmuşdur. Bu tədbirlərdə oxucuların marağına səbəb olan müxtəlif məzmunlu ədəbiyyat oxuculara təklif olunmuşdur.

Foto Qalereya