Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
14 Avqust , 2019

Qəbələ Rayon Mərkəzləşmiş kitabxana sisteminin Mərkəzi kitabxanası  Azərbaycanın görkəmli kino rejissoru Xalq artisti Tofiq Tağızadənin 100 illiyi ilə əlaqədar “Azərbaycan Milli Kinosu” başlığı altında  tədbir təşkil etdi . Tədbirdə Mərkəzi kitabxananın işçi kollektivi və kitabxananın fəal oxucuları iştirak edirdilər. Tədbirdə Mərkəzi kitabxananın direktor  müavini  Rəna İbrahimova  Azərbaycanda kino sənətinin yaranma tarixi səssiz dövr  və bu gün ki, kino sənətinin mövcud vəziyyəti haqqında çıxış edərək tədbiri açıq  elan etdi.Tədbirdə iştirak edən kollektiv Azərbaycanda kino sənətinin yaranma tarixi səssiz dövrə həsr edilmiş məruzələr səsləndirdilər.

2019 – cu il yanvar ayında Azərbaycanın görkəmli kino rejissoru Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin anadan olmasının 100 illiyi tamam olub.Bu haqqda MKS – nin oxucularına və tədbir iştirakçılarına məlumat verilərək qeyd edildi ki, nadir istedada malik olan Tofiq Tağızadə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirmişdir.Sənətkarın çəkdiyi “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”,”Dədə Qorqud” və s. milli kinolarımızdan kiçik fraqmentlər səsləndirildi.

            Qəbələ rayon MKS –nin oxu zalında “Tofiq Tağızadə”yə və “Azərbaycanın Milli kinosu” na həsr edilmuiş sərgi  təşkil edildi.

 

Foto Qalereya