Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
5 Avqust , 2019

2019-cu il Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.

Bu münasibətlə 05.08.2019 – cu il tarixində Qəbələ rayon MKS – nin Oxu zalında “Xalq artisti Seyid Şuşinskinin_130”  başlıqlı tədbir keçirildi.Tədbirdə Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında geniş informasiya verildi.

Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmışdır. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

Foto Qalereya