Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
7 Avqust , 2019

Avqustun 7-si Qəbələ  Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Uşaq şöbəsi kiçikyaşlı oxucular üçün “Bizim nağıl dolu dünyamız” başlıqlı nağıl saatı keçirib.

Tədbir Qəbələ rayon 4 nömrəli uşaq bağçasında təşkil edilib. Tədbirdə 4 saylı körpələr evinin müəllim və uşaqları iştirak ediblər.Körpələrə Uşaq şöbəsinin baş kitabxanaçısı Yunusova Vüsalə  “Tülkü, tülkü, tünbəki”, “Əlcək” və “Bulud” nağıllarını söyləyib.

“Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.

Foto Qalereya