Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
1 Avqust , 2019

Bakıda ilk ictimai kitabxana - qirayətxananın açılışının 125 ili tamam oldu.Bu münasibətlə Qəbələ rayon MKS – nin foesində “Yeni kitablar” başlıqlı sərgi təşkil edildi.Sərgidə Yeni kitablarımız yer alır.

MKS – nin işçi kollektivi tərəfindən sərgimizə maraq göstərən kitabxanamızı ziyarət edən qonaqlarımıza sərgidə nümayiş etdirilən yeni kitablarımız  və ilk kitabxananın yaranma tarixi haqqında geniş məlumat verilir.

Bakıda ilk kütləvi kitabxana-qiraətxana 1894-cü ildə açılıb. Müsəlman əhali üçün qiraətxananın təşkilində görkəmli yazıçı, maarifpərvər, ictimai-siyasi xadim Nəriman Nərimanovun böyük zəhməti olub. Ölkəmizdə ilk kitabxana qurucularından biri də Muxtar Əfəndi olub . Tanınmış şərqşunas, ensiklopedist alim Azərbaycanın bira sıra bölgələrində özünün də köməyi ilə açılan mədrəsələrdə dərslər keçirdi. Muxtar Əfədinin 1906-cı ildə Ağdaşda yaradığı qirayətxana ətraf bölgələrdə də tanın mədəniyyət ocağına çevrilir. Misirdən ərəbcə, Hidisdtan və İrandan farsca , İstanbulda , Kırımdə türkçə, Rusiyad rusca və tatarca qazet və məcmuələr gətirilərək qiraətxana zənginləşdirilir. 1923-cü ildə kitabların sayına görə Ağdaş qiraətxanasında Bakıdan sonra ikinci yeri tuturdu.
Azərbaycanın qədim şəhərlərindən olan Gəncə özünün zəngin mədəniyyəti ilə həmişə fərqləmişdir. XX əsrin əvvəllərindən ölkədə çar hökumətinin milli müstəmləkə zülmünə baxmayaraq, Gəncə ziyalılarının köməyi ilə yeni tipli milli məktəblər açılır, mədəni –maarif müəssisələri yaradılırdı. 1905-cı ildə şəhər ziyalıları topladıqları vasitə kitablar, qəzet –jurnallar alaraq “ İslam kitabxanası” adlı mədəniyyət ocağı təşkil edirlər. Kitabxananın açılışında o zaman şəhər məktəblərindən birində müəllim işləyən Cəfər Axundov yaxından iştirak etmiş və onun ilk müdiri olmuşdur. Bu kitabxana bir müddət sonra fəaliyyətini dayandırır. 1906 -cı ildə Gəncədə yeni bir qiraətxana açılır. Qiraətxana Rusiyada çıxan müsəlman qəzetlərini, o cümlədən Şərq ölkələrindən bir sıra qəzetlər alırdı. Qiraətxanada rus dilində də qəzetlər də var idi.
Bakıdan fərqli olaraq Gəncə qiraətxanasından istifadə etmək pullu idi. Oxucular bura daxil olarkən 2 qəpik verirdilər. Qiraətxanaya Misirdən və digər Şərq ölkələrindən də kitablar hədiyyə edilirdi. Bu barədə “Həyat” qəzetində belə bir məlumata rast gəlirik: Misirdən Əbdüllahi Cövdət Əfəndi Gəncə qiraətxanasına səy etməkdədir. Daha sonra “ Gəncə qiraətxanası “na Rəfdil Əzim bəy cənablarından bir neçə kitab hədiyyə edildi.
Beləliklə,XX əsrin əvvələrindən başlayaraq Azərbaycanın bölgələrində bir-birinin ardınca qiraətxanalar yaradılmağa başlandı. İlk kitabxanaların yaradılmasında həmin dövrdə yaşamış ziyalıların rolu danılmazdır və xalqın maariflənməsi yolunda çalışmış bu insanlar hər zaman hörmətlə anırıq.

Foto Qalereya