Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
26 İyul , 2019

Qəbələ rayon MKS - nin işçi kollektivi  24.07.2019 - cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ əcdadlarımızın mirasıdır" sənədli filim təqdimat mərasimində iştirak ediblər.

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 24 iyul 2019-cu il tarixdə Qəbələ rayonunda “Qarabağ - əcdadlarımızın mirası” sənədli filmi nümayiş etdirilmişdir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3-cü (Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət işlərinin yüksək səviyyədə aşılanması) və 5.9.1-ci (İnformasiya_kommunikasiya texnologiyaları vasitəsi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə gənclərin bilik və bacarıqlarının artırılması) yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış filmin nümayişində 160-dək Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak etmişdir.
Filmin nümayişindən öncə Gənclər və İdman Nazirliyi yanında ictimai şuranın sədri Nurəddin Mehdiyev və rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək filmin nümayiş etdirilməsində məqsədin gənclərin vətənpərvər ruhda böyüməsi, milli-mənəvi dəyərlərimizə sahib çıxmaları və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasından ibarət olduğunu bildirdilər. 

 

Foto Qalereya