Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
22 İyul , 2019

      22 iyul Milli Mətbuat və jurnalistika günü olması münasibət ilə Qəbələ rayon Mərkəzi kitabxanasının xidmət şöbəsi kitabxananın foesində sərgi təşkil etmişdir. Sərgi 10 gün müdətində  oxucuların xidmətində olacaq. Sərgidə Həsən Bəy Zərdabinin “Əkinçi” qazetinin tam mətni tam təqdim olunan “Əkinçi” kitabı , Molla Nəsrəddin, Azərbaycan-90, Abid Tahirli, Azərbaycan mühacirət mətbuatı, Cəlil Məmmədquluzadə ensklopediyası, Əziz Mirməhəmmədov,Əhməd Bəy Ağaoğlu,Mirzə Cəlil və Məmmədquluzadələr və s. Milli Mətbuatın tarixini əsaslandıran kitablar sərgidə nümayiş olundu.

    Daha sonar Milli Mətbuatın tarixi və keçdiyi şərəfli yol haqqında dəirmi masa ətrafında söhbət aparıldı.

Foto Qalereya