Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
24 İyul , 2019

Qəbələ rayon MKS-nin uşaq şöbəsi  24 iyul 2019-cu il tarixində Qəbələ rayon 2 saylı körpələr evində“Min bir nağıl” başlığı altında keçirilən nağıl saatını təşkil etmişlər. Uşaqlara “Azərbaycan nağılları”ndan “Göyçək fatma”,”Şəngülüm Şüngülüm Məngülüm” və s. Azərbaycan nağılları oxunmuşdur.Nağıllar nəsildən-nəsilə ötürülən, körpələrin dünya ilə təmasını tənzimləyən, onların  dünya görüşünü artıran əvəzsiz bir xəzinədir. Məqsədimiz  uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan maraqlarını artırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.

Foto Qalereya