Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
25 İyul , 2019

25-7-2019 cu il tarixdə Qəbələ rayon MKS-nın 15 saylı Əmirvan kitabxanası az yaşlı oxucuların  bədii zövgünün formalaşdırılması,yeni oxucuları kitabxanaya cəlb etmək məqsədi ilə kitabxananın həyətində kitabxana günü təşkil etdi.

Böyük maraqla qarşılanan tədbirdə Azərbaycan tarixi,yeni kitablar və vətənpərvərliyə aid kitablar nümayiş olunub.

Tədbir zamanı oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılmaq,nəşrləri əldə etmək imkanı yaradılıb.

Kitabxanaçılar çıxışlar zamanı uşaqların kitabxanadan uzaq düşməməsi məqsədi ilə kitabxanaların daha məsuliyyətlə işləməsi və oxucu sayının artırılmasına səbəb olan belə tədbirlərin tez tez keçirilməsinin vacibliyini qeyd etdilər.

Foto Qalereya