Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
22 İyul , 2019

18.07.2019 cu Il tarixində Qəbələ Rayon Mks  Çuxur Qəbələ Kənd Kitabxanasi “İyirmi Alti Il Ağdamsiz” 23 – İyul 1993 – cü Il başliqli sərgi təşkil edilmişdir. Sərgidə işğal olunmuş torpaqlarimizda yerləşən tarixi abidələrimiz, işğal olunmuş ərazilərimiz haqqinda kitablara və məqalələrə yer verilmişdir.Sərgimizə maraq göstərən oxucularımıza və kitabxanamızın qonaqlarına Ağdam rayonu haqqında və işğal olunmuş digər torpaqlarımız haqqında geniş məlumat verildi.  Kitabxananın müdiri Kərimova Mələk xanım ilk giriş sözü ilə Torpaq uğrunda gedən şəhidlərimizin xatirəsini birlikdə bir anlıq yad etdikdən sonra belə qeyd etdi: Ağdamın 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib. Bu gün böyük gücə malik olan Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləməyə və üçrəngli bayrağımızı Qarabağda dalğalandırmağa qadirdir.Çöxışdan sonra iştrakçılar tərəfindən sərgi və əllə çəkilmiş rəsimlər izlənildi.