Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
18 İyul , 2019

Qəbələ rayon MKS-nin Uşaq şöbəsi 18.07.2019 – cu il tarixində saat 11:00 körpələr evində nağıl saatı təşkil edib.

  Nağıl saatında müxtəlif yaş qruplarından olan uşaqlar iştirak edib.

Tədbiri keçirtməkdə məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır.

Nağıllar aləminə səyahət edən uşaqlar haqqın-nahaq üzərində qələbəsini, nağıl qəhrəmanlrının hər cür çətinliklərə sinə gələrək sonda öz arzusuna çatmağının bir daha şahidi olublar. Hər bir nağılın sonunda şagirdlərin nağılı daha dərindən dərk etməsi və yadda saxlması üçün, buradakı qəhrəmanlar və hadisələr haqqında müzakirələr aparılır, ilk dəfə eşitdikləri sözlərin mənası onlara aydın şəkildə izah edilir. 

Uşaqlara “Azərbaycan nağılları”ndan “Kiçik şəhzadə”, “Yeddi qardaşlar”, “Dəmirdiş qız”, “100 Sevimli nağıl” seriyasından isə “Sehirli sandıq”, “ Qaz otaran çoban”, “Şahın sehrli paltarları” nağılları oxunub.

 “Nağıl saatı”nın keçirilməsində məqsəd uşaqları körpə yaşından kitabxanaya və kitaba alışdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.