Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
17 İyul , 2019

Qəbələ rayon MKS - nin işçi kollektivinin təşkilaçılığı ilə 16.07.2019 - cu il saat 15:00 - da Qəbələ şəhərində yerləşən "Qəbələnd" əyləcə mərkəzində "Kitab bilik mənbəyidir" başlıqlı kitab sərgisi təşkil olundu.Şəhərimizin qonaqları və kitabxanamızın fəal oxucuları sərgimizə böyük maraq göstərdilər.

“Qəbələnd” əyləncə mərkəzində  təşkil olunan kitab sərgisində “Bədii ədəbiyyat”, “Uşaq ədəbiyyatı” , “Tarix”, “Dərsliklər”, “Xarici ədəbiyyat” “Mədəniyyət və Turizmə aid ədəbiyyat”, “Elm və texnalogiya”, “Qarabağ münaqişəsinə aid ədəbiyyat”, “İqtisadi ədəbiyyat” və s. kitablara yer verilmişdir. Sərgimizə maraq göstərən insanları maraqlandıran kitablar  haqqında  onlara geniş informasiya verildi.

Qəbələ rayon MKS – nin işçi kollektivi yay mövsümündə yerli əhalini  və şəhərimizin qonaqlarını maarifləndirmək məqsədiylə və istirahətlərinin daha səmərəli keçməsi üçün bu cür sərgilərin təşkilinə davam edəcək.

Foto Qalereya