Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
11 İyun , 2019

Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir." 10 iyun 2019 -cu ildə Qəbələ rayonun Xırxatala kənd M.Əlibəyov adına tam orta məktəbində "İnsan hüquqları aylığı" ilə bağlı dəyirmi masa təşkil olundu.Tədbiri 10 saylı filial kitabxananın işçiləri təşkil etdilər.Giriş sözü ilə məktəbin tarix müəllimi M.Səmədov -Azərbaycanda Ombudsman təşkilatının fəaliyyəti barədə şagirdlərə məlumat verdi.Dünya ölkələrində insan hüquqlarının müdafiəsi barədə-müxtəlif sahələrdə-səhiyyə-təbiəti mühafizə-mədəni irsin qorunması-hər bir fəaliyyət növündə hüquqların qorunması haqqında söhbət etdi.Tədbir məktəblilərin müxtəlif sualları ilə diskusiya şəklində davam etdi.