Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Haqqımızda
9 Avqust , 2017

Anar Rüstəmli 1979-cu ildə yanvar ayının 4-də Qəbələ rayon Bum qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur. 1985-ci ildə Bum qəsəbə tam orta məktəbin I sinfinə getmiş, 1995-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbini bitirmişdir. 1989-1993-cü illərdə Qəbələ rayon İncəsənət Məktəbində tar ixtisası üzrə təhsil almışdır. 1996-cı ildə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakultəsinə daxil olmuş, 2000-ci ildə həmin fakultəni ədəbi işçi və kinodramaturq ixtisası üzrə tam kursunu bitirmişdir.  Elə həmin il universitetin magistr pilləsinə daxil olaraq, 2002-ci ildə magistr elmi dərəcəsi ilə bitirmişdir. Təhsil aldığı həmin illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin  orqanı olan “Hərbi bilik” jurnalında çalışmışdır. 2002-2005-ci illərdə Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində kiçik elmi işçi,2004-2005-ci illərdə 116 saylı Qəbələ Dairə Seçki Komissiyasının üzvü, 2005-2016-cı illərdə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 2017-ci ilin avqust ayının 9-dan  Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor vəzifəsində çalışır. 2006-cı ildən  Yeni Azərbaycan Partiyasının üzvüdür.  II dərəcəli dövlət qulluqçusudur. Ailəlidir, iki övladı var.