Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Haqqımızda
23 Fevral , 2015

Mərkəzi kitabxana 1930 - cu ildə yaradılmışdır.1977 - ci ildən rayonda fəaliyyət göstərən kitabxanalar mərkəzləşdirilərək Qəbələ rayon MKS kimi fəaliyyətə başlamışdır.
"Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008 - 2013 - cü illərdə inkişafı üzrə Dövlət Proqramının 2.1/5 bəndinin icrasını təmin etmək məqsədi ilə Qəbələ rayon İcra Hakimiyyəti başçısının 01 iyun 2009 - cu il 77 saylı sərəncamı ilə rayonda olan 68 kitabxana filial 26 kitabxana filala birləşdirilmişdir.
Hazırda MKS - nin tərkibində 1 Mərkəzi,3 şəhər və 23 qəsəbə, kənd kitabxana filialı vardır.Mərkəzi kitabxanada 27 kitabxanacı fəaliyyət göstərir.
11 oktyabr 2011 - ci ildə Azərbaycan Respubilkası Nazirlər Kabinetinin "Azərbaycan Respubilkasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər,qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri" nin təsdiq edilməsi haqqında 162 saylı Qərarından sonra Qəbələ rayon MKS - nin strukturu və ştat vahidlərində bir sıra dəyişikliklər olmuşdur.Bələki, mərkəzi kitabxanada olan Vahid fondun təşkili və istifadəsi şöbəsi və avtokitabxana ləğv olmuş, əvəzində 2(iki) yeni şöbə yaranmışdır:
• Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
• Informasiya - resurs şöbəsi.
Bələliklə mərkəzi kitabxanada yeni dəyişikliyə əsasən 2012 - ci ilin yanvar ayından 6 ( altı ) şöbə fəaliyyət göstərir:

1. Oxuculara xidmət şöbəsi.
2. Komplektləşdirmə və kitabişləmə şöbəsi.
3. Metodika və biblioqrafiya şöbəsi.
4. Kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
5. İnformasiya - resurs şöbəsi.
6. Uşaq şöbəsi.