Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
7 Mart , 2019

"8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətiylə 07.03.2019 ci il tarixində Qəbələ rayon MKS - nin Mərkəzi kitabxanasının Oxu zalında tədbir keçirildi.

Tədbirdə Qəbələ MKS - nin işçi kollektivi və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar iştirak edirdilər.

Tədbirimizi Mərkəzi kitabxananın direktor  müavini  R.İbrahimova  açıq elan edərək, xanımlarımıza, analarımıza səmimi təbriklərini çatdırdı, rəhbərlik etdiyi xanım kollektivinə xüsusi təbriklərini vurğuladı.

Mərkəzi Kitabxananın  xidmət şöbəsinin şöbə müdiri  vəzifəsində uzun müddətdi fəal faliyyət göstərən  Qarayev  Məlahət xanımı  göstərdiyi fəal fəaliyyətinə  və öz işində məsuliyyətli  olduğuna görə  MKS – nin  və  Həmkarlar Təşkilatının  “Fəxri Fərma”nı  ilə təltif edildi.

Xüsusi  hədiyyələr  və  güllər  təqdim  edildi.

Xanımlarımızı təbrik etməyə gələn xüsusi bir qonağımız da Həmkarlar Təşkilatının sədri və Qəbələ Rayon  Mədəniyyət Mərkəzinin  direktoru  Malik Ağayev idi.O da öz çıxışında bütün anaları və xanımları təbrik etdi və xanımlarımıza əsil qadın xoşbəxtliyi arzuladı.

 

Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək

 

Tədbir konsert proqramı ilə davam etdirilmişdir.


Foto Qalereya