Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
18 Fevral , 2015

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət etdi. Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilmiş, xüsusi suvarma sistemi quraşdırılmışdır. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada oturacaqların sayı artırılmış, ən əsası isə 4 yeni fəvvarə quraşdırılmışdır.