Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
18 Fevral , 2015

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəz ilə yaxından tanış oldu. Məlumat verildi ki, 5 hektar ərazidə müasir üslubda inşa edilmiş bu mərkəz istirahətlə yanaşı, turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır.“Fitnes” sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır. Onların xidmətində 80 nəfərlik heyət dayanacaqdır.Prezident İlham Əliyev mərkəzin ayrı-ayrı bölmələrinə, kinozala baxdı, açıq konsert salonunda rayonun uşaq və yeniyetmələrdən ibarət xalq çalğı alətləri ansamblının ifasında “Koroğlu” operasından “Cəngi”yə qulaq asdı.