Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
18 Fevral , 2015

Dövlətimizin başçısı mehmanxananın eskizlərinə baxdı.Məlumat verildi ki, böyük turizm imkanlarına malik Qəbələdə yeni obyektlərdən olan “Qafqaz Sahil” mehmanxana kompleksi yeddimərtəbəli əsas binadan və 38 kottecdən ibarətdir. Ümumi sahəsi 21 min 600 kvadratmetr olan binada 123 nömrə olacaqdır. Onlardan 100-ü standart, 18-i syutdur. Nömrələrdən 5-i isə xüsusi qonaqlar üçün nəzərdə tutulmuşdur. Kompleksdə 3 konfrans zalı, 2 restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə, açıq və qapalı hovuzlar da qonaqların ixtiyarına veriləcəkdir. Müasir standartlara uyğun tikilən kompleks bölgədə turizmin inkişafına böyük töhfə verəcəkdir. Dövlətimizin başçısı inşaat işləri ilə bağlı tövsiyələrini verdi.