Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

Əlimirzəyev Xəlil Oruc oğlu (1918–1976) — tarix elimlər doktoru, professor. Xəlil Əlimirzəyev 1918-ci ildə indiki Qəbələ rayonunun (Qutqaşen) Mirzəbəyli kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 1948-ci ildə Universiteti bitirib. 1946-1947-ci illərdə Azərbaycan Respublikası MK-da təlimatçı işləyib. 1948-ci ildə Universitetin aspiranturyasının bitirib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq disertasiyası müdafiə edib. 20 monoqrafiya və kitabın müəllifidir. 300 çap vərəqəsi həcmində məqalənin müəllifidir. 2 dəfə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Bir sıra orden və medalları var. 1976-ci ildə vəfat edib, Bakıda 2-ci fəxri xiyabanda dəfn olunub. Hüseynov Dursun Yaqub oğlu - tibb elmləri doktoru, professor, əməkdar elm xadimi. Dursun Hüseynov 1915-ci ildə Qəbələ rayonunda anadan olub. ATU-nun farmakologiya kafedrasının professoru olmuşdur. 1990-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Əsərləri 1. Yeni dərman preparatları. Bakı, 1970. 2. Ümumi və xüsusi reseptura Bakı, 1976. 3. Dərman preparatları, I hissə. Bakı, 1983. 4. Dərman preparatları, II hissə. Bakı, 1985. 5. Farmakoterapiyadan məlumat kitabı,