Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932) — filologiya elimlər doktoru, professor. Xalid Əlimirzəyev 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. 1964-cü ildə namizədlik, 1972-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1973-cü ildən Baki Dövlət Universitetinin professorudur. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir. 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir. "Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur.