Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

Qutqaşınlı bəy İsmayıl Sultan Nəsrullah oğlu — Azərbaycan yazıçısı. İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir. Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı. Belə təklif Nəsrullah sultana da gəlmişdir. O da oğlanlarından ən cılızını, balaca İsmayılı çar hökumətinə vermişdir. O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır. İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1841-ci ildə İ. Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. O, 1869-cu (bəzi mənbələrdə 1861-ci) ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir. Böyük maarifçi İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri - Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında "Paqonlu maarifçilər" adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə arvadı ilə Yaxın Şərq ölkələrinə səyahətə getmişdir. YaradıçılığıBöyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olmuşdur. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini yazmışdır. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılmışdır. İsmayıl bəy istefaya çıxdıqdan sonra Azərbaycan xalqının maariflənməsində və oyanmasında aktiv fəalliyyətə başlamışdır. Sözsüz ki, bu da çar hökumətinin maraqlarına cavab vermirdi. Ona görə də Qutqaşınlını tezliklə aradan götürmək üçün planlar cızılırdı. İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Qutqaşınlı yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının "Tutu" adlı əsəri də olmuşdur. Ancaq bu əsər itirilmiş və günümüzə gəlib çatmamışdır. Xatirəsinin əbədiləşdirilməsi İsmayıl bəy Qutqaşınlının adı azırbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, ev muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.