Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Görkəmli şəxsiyyətlər
18 Fevral , 2015

MUSABƏYOVA Umnisə Süleyman qızı (1902-1974),Professor Azərb. oftalmoloqu. Tibb e.d. (1936), prof. (1943), Azərb. SSR EA-ın üzvü (1962), əməkdar elm xadimi (1957). Azərbaycanın görkəmli elm xadimi, oftolmoloq Ümnisə xanım Süleyman qızı Musabəyova 09.10.1902-ci il tarixində keçmiş Qutqaşın indiki Qəbələ rayonunda anadan olmuşdur. O, geniş ictimai, elmi fəaliyyətlə də məşğul omuşdur. 1936-cı ildə Tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EAnın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir. Lenin ordeni və medallarla təltif edilmişdir. Ümnisə Süleyman Qızı Musabəyova Azərbaycan xalqının görkəmli elm xadimi, Qəbələnin fəxridir Kitabları "Qəbələ sultanlarının yadigarı"