Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
6 Dekabr , 2018

06. 12 .2018 –ci il tarixində Qəbələ rayon Mərkəzləşmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasının Oxu zalında  1 saylı şəhər kitabxanası ilə birlikdə   Ümummilli Lider Heydər Əliyevin  anım günü münasibətilə  dəyirmi masa təşkil olundu.

Tədbirdə mərkəzi kitabxananın işçi kollektivi, 1 saylı şəhər kitabxanasının işçiləri və  məktəblilər iştirak edirdilər.

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə təşkil olunan dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi baxışı haqqında geniş məruzələr  oxundu.

Qeyd edildi ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Məktəblilər hazırladıqları şeirləri səsləndirdilər.

Qəbələ rayon Mərkəzi Kitabxanasının  foyesində Ümummilli Lider Heydər Ə liyevin anım günü münasibətiylə daimi sərgi təşkil olunmuşdur.

 

Allah rəhmət eləsin!