Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
10 Noyabr , 2018

     10 Noyabr 2018-ci il tarixində Qəbələ rayon Mərkəzi Kitabxana Sistemində Azərbaycan Respublikasının Konstitusiyası günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə MKS-nin işçi kollektivi və oxucular iştirak etdi.

     MKS-nin işçi kollektivi Azərbaycan Respublikasının Konstitusiyası günü haqqında geniş məlumat verdilər. Bildirdilər ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası “qurmaq, yaratmaq, əsasını qoymaq” deməkdir.

     Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Foto Qalereya