Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
24 Oktyabr , 2018

Qəbələ rayon MKS-nin Uşaq şöbəsi 4 oktyabr 2018-ci il tarixində 4 saylı orta məktəbdə “Hüquqlarımızı öyrənək” mövzusunda tədbir keçirilmişdir.

Uşaq  şöbəsinin müdiri sevda İsrayılova və oxu zalının işçisi Güldəstə Həsənova kiçik yaşlı məktəblilərlə keçirilən tədbirdə iştirak etmişlər. Tədbirdə uşaq hüquqlarına aid kitablardan sərgi təşkil olunmuşdur.

Tədbiri ibtidai siniflərin tədris hissə müdiri Məlahət Həsənova açıq elan etmişdir.Uşaq şöbəsinin təşkil  etdiyi “Hüquqlarımızı öyrənək”başlığı altındakı sərgi uşaqların böyük marağına səbəb olmuşdur.

Uşaq şöbəsinin müdiri Sevda İsrayılova Uşaq hüquqları mövzusunda məktəblilərə geniş məlumat verdi, onları kitabxanaya dəvət edib,öz hüquqları haqqında kitablar oxumağı tövsiyyə etdi.