Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaqbitgi örtüyü və heyvanlar aləmi özünə-məxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq fondu təqribən respublkia üzrə olan göstəriciyə bərabər olub 1,5 hektar təşgil edir. (Respublkia üzrə bu rəqəm 1,2 ha ya bərabərdir. Məlumdur ki, torpaq sərvəti insanlar tərəfindən istifadə olunmasına görə müxtəlif sahələrə ayrılır: Əkinə yararlı (o cümlədən şumlanan, çoxillik əkinlər və meyvə bağları) otlaq və biçənəklər üçün istifadə olunan, meşə örtüyü altında olan torpaq sahələri, kənd və şəhərlərin salınmasına sərf olunan torpaqlar, yol çəkilişi, çay, göl və su anbarları, bataqlıq sahələr altında qalan torpaqlar və nəhayət bütün bu məqsədlər üçün yararsız olan yarğan, uçqun, qayalı, daşlı və ya buzlaq sahələrinə məxsus olan torpaqlar. Qeyd olunan bütün bu istiqamətlər üzrə Qəbələnin torpaq fondunun təsnifatı cədvəl N 3-də verilmişdir. Torpaq tiplərinin müxtəlifliyinə görə Azərbaycanı bəzən ,,torpaq muzeyidə” adlandırırlar. Burada böyük həqiqət vardır. Ona görə ki, respublkiamızda ekvatorial qurşağının qırmızı – sarı torpaqlarından başlanmış qütübətrafı ərazilərə qədər yer kürəsində yayılmış demək olar ki, bütün torpaq tiplərinə rast gəlinir.relyef və iqlim şəraitinin rəngarəngliyi, torpaqəmələgəlmə prosesinə təsir göstərən bu və digər amillərin müxtəlifliyi respublkamızda olduğu kimi Qəbələ rayonunda da torpaq tiplərinin zənginliyinə səbəb olmuşdur. Rayonun cənubunda Şirvan düzü ilə sərhədləşdiyi qlçaq dağlıqdan başlayaraq Böyük Qafqazın suayrıcı zirvələrinə qədər torpaq-bitgi örtüyü şauqli qurşaqlıq qanuna uyğun olaraq müxtəlifliyi ilə seçilən areal və zonaların növbələşməsi diqqət cəlb edir. Quru dağ çöl iqlim şəraitində formalaşan qəhvəyi dağ-meşə torpaqları əsasən rayonun cənubunda kəskin parçalanmış, denidasiyaya uğramış Surxayxan dağlıq ərazisində, həmçinin Alazan – Həftəran vadisində və dağ – meşə qurşağının mütləq hündürlüyü 800-1600 m-ə qədər olan hissəsində bütöv qurşaq əmələ gətirir. Bu torpaq tipində humusun miqdarı 10-12 % olub aşağı zonada (Surxayxan dağlığında) quraqlığa davamlı (arid) seyrək meşələr və kolluqlar yuxarı zonada isə palıd - vələs – fısdıq meşələri yayılmışdır. Orta dağlığın meşə qurşağı altında yayılan qəhvəyi torpaq tipi şimala doğru tədricən dağ qonur – meşə torpaqları ilə əvəz olunur. (qonur dağ – meşə torpaqlarında humusun miqdarı 7-8 % olub, fısdıq - vələs – cökə meşələri üstünlük təşgil edir. Rayon üzrə Ümumi torpaq fondunun təqribən 38 40 %-ə qədərini təşgil edən qəhvəyi və qonur dağ-meşə torpaqları bağçılıq, xüsusən qərzəkli meyvəçilik üçün əlverişlidir. Cədvəl N-4-də verildiyi kimi Qəbələ ərazisində tutduğu ərazinin genişliyinə görə ikinci torpaq tipi şərqi zaqafqaziyanın şabalıdı və açıq şabalıdı torpaqlar təşgil edir. Bu torpaq tipi əsasən Hacallı və Məlikli düzlərində Qaş ərazisində yayılmış, dəmyə və suvarma şəraitində dənli və texniki bitkilər üçün olduqca məhsuldar torpaq olub, tərkibində humusun (çürüntünün) miqdarı 4-6%-ə çatır. Hündürlük qurşaqlığı üzrə rayonda torpaqların paylanması subalp və alp çəmənliklərinin çimli dağ- çəmən torpaqlarının müxtəlif yarım tipləri ilə başa çatır. 2000 m –dən hündürdə rütubətlənmə kifayət qədər olsa da tempuratur göstəricisi torpaqəmələgəlmə üçün bir o qədər də əlverişli deyildir. Rayonda çimli dağ – çəmən torpaqlarının ( 1800 – 2500 m. yüksəklikdə yumuşaq – çimli dağ- çəmən, torflu dağ-çəmən və ibtidai dağ-çəmən torpaq yarım tiplərinə bölünür). Ibtidai dağ-çəmən torpaqlarında humusun miqdarı 8-10%-ə çatır. Rütubətlilik normadan çox tempratur isə aşağı olduğu üçün bəzən padzollaşma da müşahidə olunur. Qeyd olunduğu kimi dağ-çəmən torpaqları rayonun zəngin ot örtüyünə malik subalp və alp çəmənliklərinin inkişafı üçün əlverişli şərait yaradır. Beləliklə rayon üzrə torpaq tiplərinin müxtəlifliyi həmçinin relyef və iqlim şəraiti bitgi örtüyünün zəngilnliyinə səbəb olmuşdur. Qeyd olunan təbii amillərin təsirinin nəticəsidir ki, respublkia ərazisinin cəmi 2 % təşgil edən. Qəbələ rayonunun ərazisində yarımsəhra və səhra bitgiləri olan yovşanlı və şoranotlu bitgilərdən tutmuş dağ tundura təbiətinə xas olan mamır-şibyələrə qədər, quru çöllərin kislofitlərindən düzən və dağ meşələrinin müxtəlif ağac cinslərinə qədər təbii rəngarənglik diqqəti cəlb edir. Rayon ərazisinin cənub hissəsini yovşanlı, yovşanlı – şoranotlu yarımsəhra bitgiləri, kserafit seyrək meşələr, mərkəzi hissədə (Alazan – Həftəran vadisində) palıd, fısdıq, vələs cinslərindən ibarət meşələrlə yanaşı, yalanqoz, qızılağac, söyüd və qovaq ağaclarının üstünlük təşgil etdiyi düzən meşə landşafı formalaşmışdır. Düzən meşələr tədricən dağ meşə qurşağı ilə əvəz olunur və 1800 2000 m hündürlüyə qədər davam edir. Meşə qurşağından yuxarıda, 1800-2000-dən 2500-3000m hündürlüyə qədər subalp və alp çəmənlikləri, daha sonra isə qayalı subnival və qarlı-buzlaqlı nirel qurşaqlar bir-biri ilə növbələşir. Beləliklə cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100-120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər. Rayonda meşə örtüyü 60 min hektar olub, umumi ərazinin 23,1 faizi təşgil edir. (Azərbaycanla müqasiədə 2 dəfə çox). Bitgi örtüyünün zənginliyinə və növ tərkibinin müxtəlifliyinə görə seçilən Qafqaz meşələrinin ayrılmaz tərkib hissəsi olan Qəbələ rayonunun meşə örtüyü füsünkarlığı, əl- əlvanlığına və heyrətamizliyinə görə diqqəti cəlb edir. Bu yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümumilli Liderimiz H.Əliyev Qəbələni çox böyük qürurla ,,Azərbaycanın Isveçirəsi” adlandırmışdır. Qəbələnin dağ və düzən meşələri endemik və relikt bitkilərlə, meyvə və giləmeyvə ağac və kol bitkiləri ilə zəngindir. Fısdıq, palıd, vələs, qızılağac, yalanqoz, ağyarpaq və çay qovağı, söyüd, qarağac. Cökə, ağcaqayın, ardıc, saqqız, şabalıd, qoz, fınbıq və s. ağac və kolları buna misal göstərmək olar. 1961-ci ildə Türyançay dövlət qoruğunun ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmiş, türyançayla – Göyçayçayları arasında yerləşən surxayxan dağlarındakı 6,994 ha arid ,(quraq) meşə lantşaftı əsasən relikt arcan, ardıc, saqqız və yabanı nar ağac və kollardan ibarətdir. Alazan – Həftəran vadisində isə III dövrə məxsus yalanqoz, qızılağac meşələri ilə yanaşı 1975-ci ildə Azərbaycanın ,,ikinci Hirkanı” olan, Çuxur Qəbələ kəndi yaxınlığında təbii şəkildə yayılmış dəmirağacı meşəliyi aşgar edilmişdir. 2002-ci ildə isə Məmmədağalı kəndi yaxınlığında dəmirağacı meşəliyinin (40 -ə qədər cavan ağac) yeni bir areal müəyyən olunmuşdir. Azərbaycan təbiətinin yeganə təbii abidəsi olan Həmzəll i kəndindəki Qaracöhrə ağaclarının (yaşı 250-300 ildən çox) əmələ gətirdiyi sıx meşəlik nəyinki ölkəmizin, elecə də onun hüdudlarından çox- çox uzaqlarda yaşayan alim və tədqiqatçının diqqətini özünə cəlb etmişdir. Qəbələ meşələrində təbii şəkildə yayılan qərzəkli meyvələrdən şabalıd, qoz və fındıq, elecə də armud, alma, heyva, əzgil, zoğal, alça, yemişan, çay tikanı, sumaq, dərgil, yabanı moruq və s. qiymətli qida və dərman bitkilərinin böyük təsərrüfat və müalicə əhəmiyyəti vardır. Buraya yüksək keyfiyyətli nekdarlığı ilə seçilən qarağat, yasəmən, çaytikanı, şabalıd və cökə çiçəkləri, yaylaqlarda, çəmən və düzlərdə yayılmış kəkotu, qaraqınıq, sarıçöp, astraqal, xaşa, baldırqan təbii şəkildə yayılan qızıl gül və s. çiçəkli ot bitkilərinin arıçılığın inkişafı və xalq təbabəti üçün geniş imkanlar yaratdığı da əlavə edilməlidir. Rayonun meşə və düzləri təbii landşaftdan asılı olaraq müxtəlif heyvan və quş növləri ilə zəngindir. Bunlardan nəcib maral, dağ keçisi, dağ kəli, cüyür, ayı, canavar, vaşaq, meşəpişiyi, dələ, yenot, tülkü, çöl donuzu, dovşan, adi və oxlu kirpi və s. heyvanları, Qafqaz uları, soltan toyuğu, qırqovul, kəklik, turac, bağ toyuğu, çöl göyərçini, qartal, qarğa, köçəri quşlardan vağ, hacıleylək, qızıl qaz, ördək və s. bu yerlərin sakinidir. Çöl və düzlərdə, xüsusən Qəbələ yaylasında sürünənlərin müxtəlif növləri, o cümlədən yüksək keyfiyyətli zəhəri ilə tanınan ,,Tosik gürzəsi ” yaşayır. Rayonun cənub sərhəddi Türyançay, şərq sərhəddi isə İsmayıllı dövlət təbiət qoruqları ilə həmsərhəddir. Bununla yanaşı Qəbələnin əsrarəngiz təbiətini qoruyub saxlamaq məqsədi ilə 1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay hövzələrində, elecə də Əlvan dərəsi ərazisində 39.680 ha sahədə Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır.