Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur. Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu diyarda həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 - 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuş, sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır. Qəbələnin müassir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936 – cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində faliyyət göstərən meto stansiyada öyrənilir. Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 0 – dən - 14 0 – yə, iyul tempuraturu isə uyuğun olaraq + 24 0 – dən 2 0 –yə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 0 - + 12 0 - dən şimalda 0 0 - - 2 0 - ə qədər dəyişir. Akademik B.Ə.Budaqovun fikirincə rayon ərazisində ən isti yer Quşlar – Kürd – Bayramkoxa kəndləri istiqamətində müşahidə olunur və burada maksimum tempuratura 410 – 420 – yə çatır. Rayonda minimum tempuratura isə Bazardüzü zirvəsində (4466 m). – 50 0 – yə qədər düşə bildiyi qeyd olunur. Rayon ərazisində yağıntıların paytlanmasıda cənubdan şimala doğru dəyişir. Illik yağıntıların ən az düşdüyü Hacallı və Məlikli düzlərinin cənubunda 350 – 400 mm, ə ən çox düşdüyü şimal hissədə 1500 – 200 metr hündürlükdə isə 1200 – 1300 mm-ə çatır. Aparılan müşahidələr zamanı müəyyən edilmişdir ki, rayon ərazisinə düşən illik yağıntıların 25 – 30 % - i may – iyun aylarında yağır. İ.V.Fiqrovski (1926) Qəbələ rayonunun iqlimini Böyük Qafqazın iqlimi əsasında xarakterizə edərək göstərmişdir ki, buranın iqlimi çox mürəkkəb olub quru subtropik iqlimdən dağlıq tundura iqliminə qədər dəyişir. Ümumiyyətlə rayonun ərazisi Azərbaycanda Lənkaran – Astara zonasından sonra ikinci zonaya (Şəki – Zaqatala) daxil olub subtropikdən mülayim iqlim qurşağına keçid (mötədil) qurşaqda yerləşir. Yer kürəsində mövcud olan 13 ilqim tipindən 9 Azərbaycanda, o cümlədən 4-ü Qəbələ rayonunun ərazisində forçalaşmışdır. Iqlimşunas alimlər tərəfindən (İ.V.Fiqrovski və Ə.M.Şıxlınski) Qəbələ ərazisi aşağıdakı iqlim tiplərinə ayrılmışlar. 1. Qışı quraq keçən mülayim-isti iqlim – rayonun cənub hissəsini əhtə edən bu iqlim tipi az yağıntılı, isti – quraq olması ilə xarakterizə olunur. Ağdaş – Göyçay rayonları ilə sərhəddən alçaq dağlıq və Hacallı Məlikli düzünü əhatə edən bu iqlim tipi öz xarakterinə görə Aralıq dənizi tipli subtropik iqlimə çox oxşardır. 2. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim tipi – birinci iqlim tipindən yağıntıların çoxluğu və isti ayın qısa müddətli olması ilə xarakterizə olunaraq əsasən Alazan – Həftəran vadisini və Rayonun 1100 – 1500 m - ə qədər yüksəklikdə olan şimal ərazisini əhatə edir. Burada yağıntıların fəsillər üzrə paylanması bərbərdir. Lakin onun illik miqdarı rayon üzrə maksimum həddə (1200 -1300 mm) çatır. Həmçinin bu iqlim tipi əvvəlki iqlim tiöindən tempuratur rejminə görədə fərqlənir. 3. Yağıntılıları bütün fəsillər üzrə bol düşən soyuq iqlim tipi – rayon ərazisində orta dağlığın yuxarı sərhəddindən başlayaraq okean səviyyəsindən 1500 – 2700 m yüksəkdə olan ərazilər üçün xarakterikdir. 4. Dağlıq tundura iqlim tipi – 2700 m okean səviyyəsindən yüksəkdə olan ərazini əhatə edir. Burada kifayət qədər yağıntı düşməklə yanaşı bütün fəsillərdə hava soyuq keçir. Rayonun yüksək dağ zirvələri daimi qar və buzlaqla örtülü olub tipik dağlıq arktik iqlim şəraiti ilə seçilir. Beləliklə rayon ərazisində cənubdan şimala doğru şaquli qurşaqlar üzrə qeyd edilən iqlim tipləri tempuraturuna və yağıntıların miqdarına görə fərqlənməklə yanaşı fəsillərin növbələməsində də ciddi şəkildə fərqlənir. Savalan və Quşlar kəndlərində yazın gəlişi rayonun ən hündürdə yerləşən Laza (1350 m) və Qəmərvan (1125 m) kəndlərindən ən azı 25 – 30 gün tez müşahidə olur. Payız və qış fəsli isə əksinə. Qəbələnin özünəməxsus iqlimi burada kənd təsərrüfatının çoxsahəli inkişafı üçün tarixən əlverişli şərait yaratmışdır. Qəbələnin aqroiqlim (kənd təsərrüfatı iqlimi) Azərbaycan Respublkası Milli Elimlər Akademiyasının Coğrafiya İnistitutu tərəfindən 1970-ci illərin ortalarında hərtərəfli tədqiq edilmiş, müxtəlif elmi mənbələrdə bu rayonun aqroiqlim ehtiyatlarına dair geniş məlumat verilmişdir. Rayonun aqroiqlimini müəyyən edən əsas göstəricilər aşağıdakı kimidir. Havanın illik orta tempuraturu 10,6 0, mütləq minimum–140-ə, mütləq maksimum + 37 0–41 0- ə torpağın səthidndə orta tempuratur + 13 0 - ə çatır. Orta illik yağıntıların miqdarı 1027 mm, buxarlanma isə 680 mm olub rütubətlilik əmsalı vahiddən çox (1,5 - ə) nisbi rütubətlilik isə 78 % təşgil edir. Rayon ərazisində əsasən oqroqrafik şəraitlə bağlı dağ – dərə küləkləri müşahidə olunur. Küləyin orta sürəti 0,8 m / san, il ərzində güclü külək əsməsi 3 gün, ,,ağ yelli ” günlər 8 gün, dolu düşən günlər isə iki günə qədər davam etdiyi qeydə alınmışdır. Rayonda qar örtüyü 45 günə qədər yerdə qalır. Birinci payız şaxtası dekabrın II ongünlüyündə və yanvarda, axrıncı yaz şaxtası isə 8 apreldə müşahidə olunur. 5 0 – dən yuxarı orta illik tempuraturlar cəmi 3769 0 –yə, 10 0 – dən yuxarı (fəal) tempuraturlar cəmi isə 3.361 0 – yə çatır. Bir sm 2 sahəyə düşən günəş istiliyinin (enerjisinin) miqdarı dağ ətəyi hissədə 123,6 kkal – a çatır, yüksək dağlıq hissələrdə isə tədricən artması ( buludluluq azaldığı üçün) müşahidə olunur. Şaxtasız günlərin orta illik miqdarı 241 gün (minimum 208, maksimum 287 gün) veqetasiya d övründə 5 0 –dən yuxarı tempuratur müşahidə edilən günlərin sayı 265 gün, 10 0 –dən yuxarı olan günlərin sayı isə 198 günə çatır. Professor Ə.C.Əyyubov. (1978) Azərbaycan Respublkiası üzrə apardığı aqroiqlim rayonlaşdırması Zamanı Qəbələ rayonun daxil olduğu Böyük Qafqaz vilayətinin cənub yamacını altı aqroiqlim rayonuna ayrıldığını göstərmişdir. Qeyd edilən rayonların hər birinin kənd təsərrüfatı sahələrinin inkişafında özünəməxsus yeri və əhəmiyyəti vardır.