Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Leqlər qədim Albaniya dövləti ərazisində yaşayan tayfalar olmuşdur. onların əsas yaşama arealları Albaniyanın şimalında, indiki Dağıstan ərazisində yaşayırdılar. Qəbələnin paytaxt olması bu tayfaların bu ərazidə yaşamasına səbəb olmuşdur. Bəzi tədqiqatçılara görə indiki Ləzgi xalqının tarixi Leq tayfalarının müasirləridir. Ləzgi-leq tayfalarının Qəbələyə kompakt gəlişi XVIII əsrdən başlamışdır. Belə ki köçəri həyat tərzi keçirən ləzgilər Qəbələ rayonuna gəlmişlər və burada məskumlaşmışlar. Hazırda Qəbələdə 17 mindən çox ləzgi yaşayır və bu ümumi əhalinin 18% ni təşkil edir. Laza, Qəmərvan, Əmirvan, SoltanNuxa, Küsnət, Yengicə, Yenikənd sırf ləzgi kəndləridir.