Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Tədbirlər
27 Sentyabr , 2018

    27 sentyabr Ümumdünya Turizm Günüdür. Qeyd edək ki, dünyada ilk turizm agentliyi 1841-ci ildə Tomas Kuk tərəfindən açılmışdır. Ümumdünya Turizm Günü 1980-ci ildən bəri BMT-nin Beynəlxalq Turizm Təşkilatı (BMBTT) tərəfindən hər il 27 sentyabr tarixində qeyd olunur. Bu tarix 1970-ci ildə BMBTT-nin Nizamnaməsinin qəbul olunduğu gündür. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. 2005-ci ildən başlayaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. 2006-cı ildə “Cənnət görmək istəyən Azərbaycana gəlsin” şüarı altında “Turizm aləmi” fotomüsabiqəsi də keçirilmişdir.

    Bu münasibətlə 27.09.2018-ci ildə Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Qəbələdə Turizmin İnkişafı” adlı sərgi təşkil edilmişdir. Sərgi gün ərzində kitabxanaya gələn oxucuların marağına səbəb olmuşdur.
Foto Qalereya