Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Əsas məqalə: Alban Həvari Kilsəsi Əsas məqalə: Qafqaz Albaniyasında xristianlıq Qafqaz Albaniyasında xristianlıq eramızın 54 – 57-ci illərində apostol Müqəddəs Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda, eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir. Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır. Xristianların I-II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən sonra həvarilərdən Müqəddəs Fomanın,Müqəddəs Andreyin, Müqəddəs Varfolomeyin, həvari Müqəddəs Fomanın qardaşı Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs Faddeyinşagirdləri – Müqəddəs Yeliseyin və Marın adları ilə bağlıdır. Bu həvarilər və onların şagirdləri Suriyada (mərkəz – Antioxiya), kiçik ellin dövləti olan Osroyenada (mərkəz – Edessa), Nisibində, Mesopotamiyada (İkiçayarasında), Kiçik Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda (Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – Gürcüstanda, Albaniyada təbliğat aparırdılar. Xristianlığın Albaniyaya nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır. Moisey Kalankatlı xəbər verir: "Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü"