Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

Paqan dinlər Xristianlıq dan əvvəlki dövrlərdə alban tayfaları arasında müxtəlif səma cismlərinə, yunan tanrı və tanrıçalarına həmçinin oda sitayiş olmuşdur. Ölkənin müxtəlif ərazilərində atəşpərəstliklə bağlı məbədlər olmuş, lakin bunların əksəriyyəti sonradan xristian məbədlərinə çevrilmiş, bir qismi isə ərəblərin Azərbaycana yürüşləri zamanı dağıdılmışdır. Həmçinin Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur. Strabonun verdiyi məlumata görə Antik Qafqaz Albaniyasında Zevs, Helios və Selenayla eyniləşdirilən tanrılara ibadət olunub. Belə ki, Strabon Alban panteonunun baş tanrısını Zevslə eyniləşdirir. Bununla əlaqədar Azərbaycanın müxtəlif bölgələriindən tapılan daş kişi heykəlləri diqqəti cəlb edir. Bunların ən səciyyəvi olanları Boyəhmədli, Seysulan, Xınıslı, Dağkolanlı və Çıraqlıdan aşkara çıxarlıb. Qəbir abidələrndən isə daha çox üzəri aypara ornamentləri ilə naxışlanmış əşyalar tapılıb ki, bu da Ay İlahəsi Selenanın işarələridir. İlahəyə sitayiş alban maddi mədəniyyət nümunələrində tez-tez rast gəlinən həyat ağacı ilə də bağlıdır. Strabonun yunan adları ilə adlandırdığı eyni tanrılara sitayiş olunması sübut edir ki, farsların, madayların, ermənilərin və Qafqaz albanlarının oxşar panteonları varmış. Lakin hər bir millət ayrılıqda fərqli tanrılara üstünlük verirdi (məsələn albanalar Selenaya). Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı məzarlardan başı və ətrafları kəsilmiş gil heykəlciklər tapılmışdır. Tədqiqatçıların rəyinə görə, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna oxşar adət Orta Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.