Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Rayon haqqında
16 Fevral , 2015

510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510 – 629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591-628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar.Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu.Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir. Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mdəniyyəti və dinini mənimsədilər, bir sözlə tamamilə albanlaşdılar. V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada "fars mənşəli olsa da, milli alban sülaləsi yenidən bərpa olundu."Mehranilərin qətiyyətlə albanpərəst siyasət – Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi. Fəridə Məmmədova qeyd edir ki, Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də aydınlaşdırılmışdır ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüquqlu hakimləri – Albaniyanın birinci böyük knyazları ola bilmişlər. Albaniya 552 – 553-cü illərdə öz Şimal qonşuları olan xəzərlər tərəfindən basqına məruz qaldı. M. İ. Artamanova görə hücum edən xəzərlər yox, sabirlərolmuşlar.Moisey Kalankatlının yazdığına görə Albaniyanı tutan xəzərlər kilsələri, müqəddəs kitabları yandrır, şəhər və kəndləri dağıdır, camaatı qovub aparırdılar. "...Erməni təqviminin başladığı təsdiq ediləndə (552-ci il) İsanın xaçı üzərinə döşmənləri soyğunçu basqınlarının nəticəsi olaraq alban patriarxlığının iqamətgahı Çolaşəhərindən ölkənin paytaxtı Bərdəyə köçürüldü. 603 – 629-cu illər Sasani – Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasani istibdadına qarşı üsyana qalxdı. II Xosrov bu üsyanı amansızlıqla yatırdı. Alban zadəganlarının çoxu həlak oldu, yalnız alban katolikosu Viro sağ qaldı və ona da II Xosrovun xristian xanımı şahbanu Şirin (bir çox tədqiqatçılarVironu himayə edən Şirini Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qəhrəmanı Bərdə hökmdarı Nüşabənin varisi Şirinlə eyniləşdirirlər kömək etdi. Şahbanu Şirin "böyük səylərdən sonraVironun həyatını şahdan hədiyyə aldı" 624-cü ildə Bizans ordusu Dvini zəbt etdi, Atropatenaya soxuldu, Naxçıvanı tutaraq Arazı keçdi.Sonra Atropatenanın paytaxtı Qanzak (Qazaka) işğal olundu. İrakli Albaniya, İberiya və Ermənistan hakimlərindən tələb etdi ki, "könüllü olaraq onun pişvazına çıxsınlar, qışda qoşunları ilə ona xidmət etsinlər. Əks təqdirdə isə onlarla kafirlərlə olduğu kimi rəftar edəcək, qalaları tutacaq, ölkələri tar-mar edəcək." Xosrovun təklifi ilə alban knyazları Bərdəni tərk edib qalalarda möhkəmləndilər. Bizans qoşunları Albaniyaya girib Uti vilayətində möhkəmləndilər. Lakin bu yürüş İrakli üçün uğursuz qurtardı. BuradaSasanilər Bizanslılara hücum edərək İraklini Sünikə sıxışdırdılar. 625-ci ildə İrakli xəzərləri köməyə çağırdı. 626-cı ildə xəzərlər Albaniyaya soxuldular. Bu xəzərlərin Albaniyaya ilk böyük müdaxiləsi idi. Onlar birinci zərbəni Dərbəndə vurdular, sonra isə Bərdəyə hücum etdilər. Knyazlar ətraf rayonlardakı əhalini paytaxt Bərdəyə toplayaraq müdafiə olunmaq istədilər. Lakin onlar Dərbənd qalasındaedilənləri eşitdikdən sonra tələm – tələsik Artsak vilayətinin əlçatmaz dağlarında gizləndilər. Sasani mərzbaı İrana qaçdı. Albaniya ərazisini işğal edən xəzərlər Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazıVaraz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628 – 629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı. Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristandagedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu. Mehrani Varaz Qriqorun (630 – 642) dövründə Yaxın Şərqdə ərəblər sürətlə güclənirdilər. Onlar 632-ci ildə Sasanilərə qarşı hərəkət etdilər. Sasani şahı III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb etdi. Albaniyanın böyük knyazı Varaz Qriqor dörd oğlundan birini – Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir. Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636 – 642-ci illərdə alban qoşunlarının sparapet – baş komandanı olan Cavanşir öz ordusu ilə Sasani ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadissiyada baş verən döyüşdə (637-ci il) o öz şücaəti ilə fərqləndi.Cavanşrin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi və ona "bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş kəmər,qızıl dəstəkli qılınc bağladı, qolbağlar verdi, başına tac qoydu. Həmçinin ona mirvari ilə işlənmiş düzüm verdi və boynuna mirvari boyunbağı asdı." 640-cı ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar və Cavanşrin ordusu 6 ay şəhərin müdafiəsində iştirak etdi. 642-ci ildə Nəhavənd yaxınlığında döyüş baş verdi və Cavanşir də ordusu ilə bu döyüşdə iştirak edirdi. Lakin Sasani ordusu bu döyüşdə məhv edildi. III Yezdəgird isə qaçıb Dəclə çayı sahilində qalada gizləndi. Bu məğlubiyyətdən sonra Cavanşir Atropatenaya gəlir, oradan isə öz ölkəsinə qayıdır. "Beləliklə Cəsur Cavanşir 7 il ərzində bu çətin müharibədə iştirak etdi. Bir neçə ağır yara aldıqdan sonra onlarla vidalaşdı..." Vətənə dönən Cavanşir hələ atası Varaz Qriqorun sağlığında taxta çıxdı. Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı: "Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant... alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi İsa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin..." — Kalankatlı, II, XX Bizans imperatoru cavab məktubunda sevinclə razı olduğunu bildirmiş və Cavanşiri "Girdman hökmdarı", "Alban knyazı", "asparapet və protopatrik" adlandırmışdı.Hədiyyə və bəxşişlərdən başqaCavanşirə 1200 adamı patrik, ipat, apoipat və digər Bizans rütbələri ilə mükafatlandırmaq üçün pativlər (vəzifə və fərmanlar) də göndərmişdi. 660-cı ildə Cavanşir imperator II Konstantla iki dəfə görüşdü. Birinci dəfə Konstant Güney Azərbaycana gəlib Bizansa arxalanan knyazları öz yanına çağıranda, ikinci dəfə isə Vaqarşapat şəhərində. Kalankatlının yazdığına görə Cavanşir hər iki dəfə imperator tərəfindən böyük hörmət və ehtiramla qəbul edilmişdir: "Cavanşir imperator sarayına şah kimi daxil oldu, imperator onu əyanların hamısından daha hörmətlə qarşıladı, imperator onun belinə cəsur babası Heraklın və ulu babası Nikitanın kəmərini bağladı, imperator ona Müqəddəs xaçın bir hissəsini, şah libası və ii bayraq təqdim etdi, imperator onun oğlanlarına patrisi rütbəsi verdi. Ona səma töhfələrinin verildiyini görəndə, erməni əyanlarının və sərkərdə Amazaspın paxıllığı tutdu... İmperator onu erməni azatlarının müşayiəti ilə qul kimi yox, taxt-tac sahibi olan qardaşı kimi yola saldı..." — Kalankatlı, II, XX Moisey Kalankatlı kitabın fəslini bu sözlərlə qurtarır: "Konstant bütün alban hökmdarlarının kənd və torpaqlarını irsi mülk kimi Cavanşirə verdi və Şərqə əsl şah kimi nəzarət etməyi ona həvalə etdi."Cavanşirə valeh olduğunu gizlətməyən Kalankatlı Albaniya və onun hökmdarının həmin dövrdə səviyyəcə Ermənistan və Gürcüstan hökmdarlarından üstün olduğunu qeyd edir. Moisey KalankatlıCavanşirin hakimiyyəti dövründə ölkənin sərhədlərini dəqiq göstərir: "O, İberiya sərhədlərindən hun keçidinə və Araz çayına qədər əsl şah kimi əzəmətlə hökmdarlıq etmişdi." — Kalankatlı, II, XXI Lakin bütün uğurlara rəğmən 622-ci ildə Albaniya yenidən xəzərlərin hücumuna məruz qalır. Cavanşir bu dəfə onları məğlub edib ölkədən qova bilir.664 – 665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onları Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi.Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək Cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu. Ərəblərlə yaxınlaşmağı arzulayan Cavanşir iki dəfə Dəməşqə – xəlifə Müaviyyənin hüzuruna getmişdi. Bu görüşlərin birincisi ölkəni ərəb qırğınından xilas etmək üçün 667-ci ild olmuşdu. Bu görüşdə Cavanşir istəyinə nail olmuşdu. Xəlifə ilə ittifaq sayəsində Albaniya üç il müddətinə yadelli basqınlardan xilas oldu. 670-ci ildə Cavanşir yenidən xəlifə Müaviyyənin görüşünə gedir. Bu dəfə xəlifə özü onu dəvət edir. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər yüksəlir ki, Bizans imperiyası ilə Ərəb Xilafəti arasındakı danışıqlarda Albaniya hökmdarı vasitəçi kimi çıxış edir. Cavanşir danışıqları elə məharətlə aparır ki hər iki tərəf razı qalır. Onu hədiyyələrlə mükafatlandıran xəlifə Süniki də Cavanşirə tabe edir və tələb edir ki, Atropatenanın da idarəsini üstünə götürsün. Ancaq Cavanşir bu təklifi qəbul etmir və xahiş edir ki, onun ölkəsinin üstünə qoyulmuş vergini bir qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə razılaşır və vergilər üçdə biri qədər azaltmağı əmr edir. Xəlifə ilə görüşdən qayıtdıqdan sonra isə Cavanşir sui-qəsd nəticəsində öldürülür. Bəzi tarixçilər Cavanşrin siyasi qəsd nəticəsində öldürüldüyü qənaətindədirlər. K.V.Trever qeyd edir ki, onun saray çevrilişlərinin, yoxsa sinfi mübarizənin qurbanı olduğu naməlum qalır. Bir sıra tədqiqatçılara görə Cavanşir 669-cu ildə öldürülmüşdür (K.V.Trever). Digərləri onun ölüm tarixini 680-ci ilə aid edirlər (Z.M.Bünyadov). Axırıncı mülahizə isə 683-cü ildir. (Q. X. Svazyan) Fəridə Məmmədova isə 680 – 681-ci illərin daha inandırıcı olduğunu yazır.Belə ki, Moisey Kalankatlı II kitabın XXXIX fəslində belə bir məkumat verir: "Cənub məmləkətində inadcıl Məhəmmədin hakimiyyətinin hakimiyyətinin 62-ci ilində (miladi 681-ci il) Cavanşirin varisi Varaz Trdat Albaniyanın böyük knyazı olarkən yepiskop İsraili diplomatik danışıqlar aparmaq üçün hunların yanına göndərmişdi."Buradan belə çıxır ki, Cavanşrin ölümü 681-ci ildə və ya daha əvvəl ola bilərdi. Zadəganlar alban katolikosu Yelizarın iştirakı ilə Cavanşirin qardaşı (Varaz Peroz) oğlu Varaz Trdatı vətənin taxt-tacına sahib olan böyük knyaz vəzifəsinə seçirlər və o Bizans imperatorundan patrisi titulu aldı və ekskonsul rütbəsiylə mükafatlandırıldı.Xəlifə I Yəzid (680 – 683) I Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı.Ölkə ərəblərə xərac verməkdə davam edirdi. Albaniyanın daxilindəki müxalifətçi mərkəzdənqaçma qüvvələrini ram edən Varaz Trdat bütün ölkəyə hakim oldu. Onun hakimiyyəti dövründə Albaniyanın ərazisi Cavanşir dövründəki kimi qalırdı. Bu vaxt guya Cavanşirin qisasını almaq məqsədi ilə saysız hesabsız xəzər qoşunları hunların böyük knyazı Alp İltiverin başçılığı ilə Albaniyaya doğru hərəkət etdi. Qəbələ və Uti vilayətlərini viran qoyan Alp İltiver Lpinada məskən saldı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərlə danışığa başladı. O katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Lakin xaqanla barış çox sürmədi. Bu zaman Varaz Trdat xəzərlərin arası kəsilməyən yürüşlərinin qarşısını almaq üçün yepiskop İsraili Varaçana – Alp İltiverin yanına göndərdi. İsrailə həm də xəzərləri xristian dininə cəlb etmək tapşırılmışdı. İsrailin bu missiyası uğurla nəticəlndi. Alp İltiver başda olmaqla xəzərlərin böyük bir hissəsi xristianlığı qəbul etdi. Alp İltiver Varaz Trdata, Yelizara, eləcə də ermənilərə yazdığı məktubunda bildirirdi ki, yalnız İsrailin bizim yanımızda keşiş kimi qaldığı müddətdə bizimlə sizin aranızda mehribanlıq ola bilər. Lakin bu da xəzərlərin Albaniyaya yürüşünün qarşısını ala bilmədi. 685-ci ildə Ərəb Xilafətinin Şimalda nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər albanlarla eyni dinə etiqad etdiklərini unudaraq Albaniya, Ermənistan və İberiyanı işğal etdilər. 685-ci ildə hakimiyyətə gələn xəlifə Əbd-əl-Malik Bizans imperatoru II Yustinianla(685-695) müqavilə bağladı. Müqaviləyə görə Xilafət və Bizans Ermənistan və İberiyadan gələn gəliri bölməyi qərara aldı. II Yustinianın 689 – 690-cı illərdə Cənubi Qafqaza yürüşü oldu. O tutduğu vilayətlərin hakimlərini, bəzi hakimlərin isə oğullarını özü ilə apardı. II Yustinian Albaniyanın böyük knyazı Varaz Trdata patrk-ekzarx rütbəsi verdi, onu hökmdardan (özündən) sonra Albaniyanın II işxanı adlandırdı. Albaniya bu dövrdə üç xalqa xəzərlərə, ərəblərə və yunanlara (Bizansa) vergi verirdi.İmperator III Tiberinin dövründə 699-cu ildə ərəblərlə yaxınlıq etdiyinə görə Varaz Trdat oğlanları ilə birlikdə Konstantinopola gətirilir və onlar beş il müddətinə burada qalırlar. Varaz Trdatın ölkədə olmadığı vaxt bir sıra hadisələr baş verir ki, bu da Xilafətin birbaşa ölkənin daxili işlərinə qarışmağına səbəb olur. Alban katalikosu Yelizarın ölümündən sonra xalkidon təliminin davamçısı Girdman yepiskopu Nerses Bakur ölkənin katalikosu olur. Nerses Varaz Trdatın arvadı Spramanın köməyi ilə ölkəni xalkidonçuluğa tabe etməyə çalışır. Varaz Trdatın qohumlarından ibarət ərəbpərəst monofizit müxalifətə başçılığı knyaz Şeroyə ələ alır. O, Nerses Bakurun və Spramanın müqavimətini qıraraq 699 – 704-cü illərdə Albaniyanın knyazı olur. Erməni katolikosu Yelia xəlifə Əbd-əl-Məlikə məktubunda katolikos Nersesin və Spramanın fəaliyyəti haqqında yazırdı: "...yunan imperatoru ilə sözləşmiş alban katolikosu onu öz dualarında yada salır və bizim ölkələrimizi də öz dininə çəkib birləşməyə məcbur edir." — Kalankatlı, III, V Qeyd etmək lazımdır ki, ərəblər Qafqaza münasibətdə Sasanilərin münasibətini yürüdür və Cənubi Qafqazı Bizansdan ayırmağa çalışırdı. Onlar bu məqsədlə Cənubi Qafqazda xristianlığın monofizit təriqətinin tərəfini saxlayırdılar ki, bu da xristianlığın diofizit – xalkidonçu təriqətinə etiqad edən Bizansın mənafeyinə zidd idi. Xəlifə Əbd-əl-Malikin ərəb orduları və erməni katolikosu Yelia Albaniyaya gəldilər, burada Nerses Bakuru və Spramanı mühakimə etdilər. Onlar lənətlənərək qətlə yetirildilər.Xəlifə əmr etmişdi ki, alban zadəganlarının adını da xüsusi siyahıya yazsınlar, əgər onlardan biri diofizit təriqətinə ibadət etsə məhv edilməli idi. Bundan sonra alban kilsəsi qismən erməni kilsəsinə tabe edildi. Şeroyə Albaniya hökmdarı vəzifəsində çox qala bilmədi. 704-cü ildə ərəblər onuSuriyaya apardılar.705-ci ildə II Yustinian Varaz Trdatı azad etdi. Konstantinopoldan Albaniyaya qayıdan Varaz Trdat bir dəfəlik ərəb təbəəliyini qebul etdi. Kalankatlı bu haqqda yazır:"...həmin vaxtdan ölkəmizi ərəblərin ixtiyarına verdi və yalnız onlara vergi ödədi"Həmin vaxtdan etibarən Albaniya həm faktik, həm də hüquqi baxımdan tamamilə ərəb əsarəti altına düşür. Varaz Trdatdan sonra isə Albaniya ərazisini ərəb əmirləri idarə etdilər.