Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
12 Yanvar , 2018

2 yanvar 2018-ci il tarixində Tüntül kənd kitabxanasının təşəbbüsü ilə Tüntül kənd Uşaq bağçasında Yeni il şənliyi keçirilmişdir. Şənlikdə kitabxana işçiləri, bağça kollektivi,valideynlər və həmçinin Tüntül kənd İnzibati Ərazi Nümayəndəliyinin müavini İlqar Əzizov da iştirak edirdi. İlk olaraq çıxış edən bağça müdiri Qızxanım müəllim hər kəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik etdi. İlqar Əzizov və kitabxana müdiri Hacıyeva Qədimə də bu təbrikə qoşuldu. Şaxta baba və Qar qızın gəlişi ilə şənlik başladı. Uşaqlar Şaxta babaya və qara aid şeirlər söylədi. Maraqlı səhnəciklər  təqdim etdilər. Şaxta baba da körpələrə gətirdiyi sovqatları təqdim etdi. Daha sonra musiqi   səsləndi və uşaqlar Şaxta baba ilə rəqs etdilər.