Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon
Tədbirlər
29 Dekabr , 2017

29.12.2017-ci il tarixində Qəbələ rayon Mərkəzi Kitabxanasında Yeni il şənliyi keçirildi. Şənliyi giriş sözü ilə Qəbələ rayon MKS-nin direktoru Anar Rüstəmli açdı. O bütün tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Daha sonra Qəbələ rayon Mədəniyyət  Mərkəzinin direktoru Ağayev Malik yeni il münasibətilə məktəbliləri təbrik etdi. Şaxta babanın şənliyə gəlişi  və gətirdiyi hədiyyələr  şənliyi daha da maraqlı etdi. Tədbir  musiqi proqramı ilə davam etdi.

Foto Qalereya