Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Xəbərlər
20 Avqust , 2014

Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsi və Şəki şəhər gənc kitabsevərlər klubunun üzvləri ilə birgə Qəbələ rayon sakinləri və gəncləri ilə çox maraqlı görüş keçirilmişdir. Şəki şəhərində yaşayan gənc şairə A.Nağıyeva çıxış edərək tədbirin təşkili üçün Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinə təşəkkür etdi. Daha sonra şairlərdən Bahar Səmin, şair Tərlan Türksoy, şair Şahid Məmmədkərimov, Yaqut Sadıqlı çıxış etdilər. Hər bir çıxış edən yazar kitabların insanlara müsbət təsirindən, gənclərin asudə vaxtının səmərəli təşkili üçün kitabın dəyərindən danışdılar.