Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon
Elanlar
14 İyun , 2016

    Yay mövsümü ilə əlaqədar iyun, iyul, avqust aylarında hər gün Misilsiz gözəlliklər diyarı olan, Qəbələ rayon Qəbələnd "Luna park" istrahət mərkəzində təbiətin qoynunda Yerli vər xarici turistlərə sayyar kitabxana xidməti  təşkil edilib və ediləcək.
    Səyyar kitabxana xidmətinin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə yerli və xarici turistləri tanış etməkdir.
    Xidmət zamanı tarixə, milli-mənəvi dəyərlərimizə, Ulu öndər Heydər Əliyevin həyat və yaradıciliğına, Vətənpərvərliyə, Milli Qəhramanlarımiza,  bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq ədəbiyyatına dair 300-dən çox kitab nümayiş olunacaq.
  Tədbirdə turistlərə Azərbaycan ədəbiyyatını əks etdirən kitablarla yanaşı, xarici və uşaq ədəbiyyatı da təqdim olunacaq.

    Fürsətdən istifadə edib bütün kitabsevərləri sərgimizə baxmağa dəvət edirik.