Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Şəhidlərimiz
12 Yanvar , 2016

Qəribov Nemət Rakif oğlu 1968-ci il may ayının 13-də Qəbələ rayon Vəndam kəndində kasıb bir kolxozçu ailəsində anadan olmuşdur. Ailədə 9 uşaq olublar. Ailədə xoşbəxtlik çırağını yandıra biləcək yeganə insan Nemət idi. Ancaq Allah möhlət vermədi. May ayının yeddisində Tərtər bölgəsində qanlı döyüşlər gedirdi. Nemət öz yoldaşına kömək edərkən başında güllə yarası alır. həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. O şəhid olur.