Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Şəhidlərimiz
12 Yanvar , 2016

Məsimov İlyaz Məhəmməd oğlu 1965-ci il aprel ayının 15-də Tüntül kəndində anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirən İlyas ailə vəziyyətinin ağırlığını nəzərə alaraq elə sənədlərini rayonda yerləşən 141 saylı texniki peşə məktəbinə vermişdir. Məktəbi qurtardıqdan sonra gözəl də ailə qurmuşdu. Gül parçası kimi iki balası vardı, biri oğul, biri qız atası. Vətənimizin başı üstündə erməni taunu alanda İlyas təkrar ordu sıralarına çağrıldı.Bu dəfə milli ordumuzun birbaşa cəbhə xəttinə .1993-cü il oktyabr ayının 6-da ordu sıralarına gedən İlyas bir çox döyüş bölgələrində olub. Əvvəl keçdiyi ordu həyatı döyüşlərdə ona yardımçı olub. Ancaq ölüm həmişə cəsurları seçir. 1994-cü il aprel ayının 15-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə İlyas Məhəmməd oğlu Məsimov mərdliklə vuruşaraq qəhrəmancasına həlak olub.