Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Şəhidlərimiz
12 Yanvar , 2016

Gülərüz, şən və zaraftcıl, Məzəli söhbətləri ilə hamının diqqətini cəlb eliyən meşə işçisi Süleyman kişini rayonumuzda kim tanımırıkı? Təssüf ki bunu da gördük, Vaxtsız oğul itkisi onun təbəssümünə gətirdi bu kədəri. Abuşov Elxan Süleyman oğlu 1974-cü il avqust ayının 28-də rayonumuzun Nohurqışlaq kəndində anadan olmuşdur.Çevik , işlək kənd uşağı idi. İyirmi yaşı yencə tamam olmuşdu. Vətənin çağırışına ilkin cavab verənlərdən biri də Elxan oldu. Qısa müddətli hərbi hazırlıqdan sonar cəbhə bölgəsinə yola düşən Elxan döyüşlərdə mərdliklə iştirak etdirmişdir. Xidmətləri müqabilində az vaxta çavuş hərbi rütbəsinə yiyələnən Elxan Abuşov döyüşçülərin gözü , yoldaşlarına nümunə idi. Lakin Füzuli rayonun Horadiz qəsəbəsi uğrunda gedən qanlı döyüşlər Elxanın son döyüşü oldu. 1994-cü il fevral ayının 2-də davam edən bu döyüşlərdə Elxan Abuşov həlak olaraq şəhidlik zirvəsinə yüksəldi. Elxanın qəlbi doğma Nohurqışlaq kəndinin qəbirsanlığında uyuyur.