Qəbələ rayon Mərkəzi kitabxanası

Qəbələ rayon MKS
Şəhidlərimiz
12 Yanvar , 2016

Hikmət Əlisalhib oğlu Rəşidov 1972-ci il yanvar ayının 24-də Vəndam qəsəbəsində anadan olmuşdur. Uşaqlığını və gəncliyini bu kənddə keçirmişdir. Sovet ordusu sıralarında əsgəri borcunu yerinə yetirmiş , kəndə yenicə qayıtmışdır. Ancaq əsl vətəni dara düşəndə qeyrəti tab gətirmədi. Yağı düşməndən qisas almaq məqsədilə könüllü cəbhəyə yollandı. 1992-ci il sentyabr ayının 1-i şəhid olub. Baş Çavuş Kamran Ağayev Əgər soruşsalar ki, müharibə ən çox kimə ziyan vurub bə ən çox kimi bu müharibənin əzabını çəkir? Hamı sözsüz ki, tərəddüd etmədən şəhid ailələrini nişan verər. Belə ailələrdən biri də Xanbaba Ağayevin ailəsidir. Xanbala 6 övlad atasıdır. Onları torpağa məhəbbət bətənə sevgi ruhunda böyüdüb. Leylanı da Xəyaləni də. Kamran Xanbala oğlu Ağayev 1975-ci ildə avqust ayının 25-də Vəndam qəsəbəsində anadan olub. 1992-ci il kənddə bir nömrəli orta məktəbi yaxşı və əla qiymətlərlə başa vurub. Sonra Bakı Dövlət Universitetinin tarix fakultəsinə imtahan verib. Test üsulu ilə bəxtini sınadığı imtahanlarda uğur qazana bilməyib. 1993-cü il oktyabr ayının 15-də hərbi xidmətə yola düşüb. “N” hərbi hissəsində təlim məşqlərikeçdikdən sonra cəbhənin qaynar nöqtələrinə yollanıb. 1994-cü il aprel ayında Kamrangil komandanlıq tərəfindən döyüşə girmək əmri alır. Tərtər rayonunun Marquşayan və Çaylı kəndləri düşməndən təmizləmli idilər. Onlar iki döyüşə girdilər və iksindən də qələbə ilə çıxıdlar. Bu da yaddaşlara həkk olunmuş üçüncü döyüş. Yenə də Tərtər bölgəsi.1994-cü il may ayındın 4-ü Qanlı döyüşlər məhz həmin gün gütdi. Başından aldığı güllə zərbəsi onu şəhid etdi. Dərdimi necə deyim, vallah, deyə bilmirəm Mən necə üsyan edim yerə, göyə, bilmirəm, Başıma qara salıb, qara geyə bilmirəm, Bu şəhid balaların ölən çağı deyildi.